3 May, 2011
Azərbaycanla Vatikan arasında saziş imzalanıb

Sazişi komitə sədri Hidayət Orucov və Vatikan nunsisi arxiyepiskop Klavdio Qucerotti imzalayıblar

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Azərbaycanla katolik kilsəsi arasında hüquqi münasibətləri tənzimləyən saziş imzalanıb.

APA-nın Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sazişi komitə sədri Hidayət Orucov və Vatikan nunsisi arxiyepiskop Klavdio Qucerotti imzalayıblar.

Səkkiz bənddən ibarət saziş katolik kilsəsinin Azərbaycandakı hüquqi vəziyyətini, o cümlədən katolik dininə sitayiş etmək azadlığını tənzimləyir, katolik kilsəsinə kilsə qanunvericiliyinə uyğun olaraq missiya təşkil etmək və həyata keçirmək hüququ verir, katolik kilsəsini və onun bütün institutlarını hüquqi şəxs kimi tanıyır və qeydiyyatdan keçirir, yerli katolik icmasının Müqəddəs Taxt-Tacla sərbəst ünsiyyətini təmin edir, kilsə əməkdaşları üçün işçi vizaların verilməsi və yaşayış konsessiyası məsələlərini tənzimləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!