24 Fevral, 2015
Osmanlıda qonağın tox, ya aclığını nədən bilirdilər? – Maraqlı ADƏTLƏR

Zaman keçdikcə Osmanlı dövlətinin də bir sıra adət-ənənələri unuduldu. Simsar.az sizə Osmanlı dövrünün maraqlı, həm də unudulmuş adət-ənənələri haqda məlumat verir:


Osmanlı dövründə hər hansı evdə xəstə adam olardısa, pəncərə önünə sarı çiçək qoyulardı

Qırmızı gülün qoyulması isə evdə gəlin köçəcək yaşda qızların olmasına işarə idi

Elçiliyə gəldikdə bəyin namaz qılıb-qılmadığı onun şalvarının dizində olan izlərlə bəlli olardı

Qəhvənin yanında su da gətirilirdi, əgər müsafir toxdursa qəhvə, acdırsa birinci su içərdi. Su içərdisə, süfrəyə bir-birindən ləziz təamlar gətirilərdi

Qapının üzərində iki cəftə olardı. Biri zərif, digəri isə kobud səs çıxarardı. Müsafir kişi olardısa, kobud səsli cəftə ilə qapını döyərdi

Yolda yaşca kiçik özündən böyüyün qabağında getməzdi

O zamanlar kişilər qadınlara ayna hədiyyə edərdi ki, bunun da mənası, sənə səndən gözəl bir hədiyyə tapa bilmədim, demək idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!