3 May, 2011
Körpü uçdu

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayının Şirvan şəhərindən keçən hissəsi üzərində yerləşən avtomobil körpüsü uçub

Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti yük avtomobilləri üçün məhdudlaşdırılıb, yüngül avtomobillərin hərəkətinə icazə verilir.

Uçmuş hissənin bərpasına başlanılıb. Bu hissəyə yeni beton plitələr quraşdırılacaq. Beton plitələrin quraşdırılması və asfalt örtüyünün salınmasının bu gün saat 17.00-a qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, körpü bu il aprelin 15-də də uçmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!