3 May, 2011
Hava isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı gözlənilir. 

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 3-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasan yağmursuz olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!