21 Fevral, 2015
Məşhur yataqda ölü tapıldı – FOTO - VİDEO

Qəbul etdiyi yüksək narkotik dozanın təsirindən məşhur prodüser Harris Vitless dünyasını dəyişib. Simsar.az-ın məlumatına görə, məşhur yatağında ölü tapılıb. Vitless dəfələrlə açıqlamasında narkotikdən yaxa qurtarmaq üçün mübarizə apardığını bildirib.

Ötən gün yaxınlarının təkidi ilə evə girən hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspertiza üzvləri onun fevralın 19-da dünyasını dəyişdiyini bildiriblər.

Aktyor, ssenarist və prodüser olan mərhumun son layihəsi “Park and Rec” adlanırdı.

Ölümündən bir gün öncəki şəkli və narkomaniyaya qarşı mübarizə aparması haqda özünün yazdığı səsyazmanı təqdim edirik:

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!