21 Fevral, 2015
Oskarın NARKOMANI – FOTO - VİDEO

Hollivud küçəsində narkotiklə mübarizə məqsədi ilə küçə heykəltəraşlarından biri tərəfindən maraqlı heykəl ucaldılıb

Simsar.az cbslocal.com-a istinadən xəbər verir ki, heykəltəraş nakotik qəbul etdiyi təsvir edilən heykəlin cəmiyyətə müsbət mesaj verəcəyini iddia edir. Lakin mütəxəssislər bunun əks təsir yaradacağını proqnozlaşdırıblar.

Heykəltəraş hətta yaratdığı bu obrazın ən uğurlu heykəl olacağını da düşünür: “Bu gün bir çox aktyorlar, sənət adamları məhz narkotikanın təsiri altına düşdüyü üçün dünyasını dəyişir. Düşünürəm ki, Hollivud aktyorları, Oskar qalibləri bu heykəlin təsirini yetərincə anlayıb vərdişdən imtina edərlər”.

Qeyd edək ki, heykələ qarşı etirazlar kütləvi hal almasa o, Oskar öncəsi Hollivud küçəsində nümayiş etdiriləcək.

Nigar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!