2 May, 2011
Üsamə Bin Ladenin cəsədinin fotoları yalan çıxdı

Bu barədə Sky News telekanalı məlumat yayıb

Pakistan televiziyaları tərəfindın "Əl-Qaidə" lideri Üsamə Bin Ladenin cəzədinin yayılmış fotoları yalan çıxıb. Bu barədə Sky News telekanalı məlumat yayıb. 

Qeyd edək ki, bundan əvvəl Pakistan telekanalları üzü tanınmaz hala salınmış şəxsin cəsədinin fotolarını yayaraq, fotoların Bin Ladena aid olduğunu iddia etmişdilər. Həmin şəklə əsasən demək olardı ki, terrorçu Amerika desantlarının əməliyyatı zamanı müqavimət göstərib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama "Əl –Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Ladenin öldürüldüyünü bildirib. Barak Obama televiziya ilə canlı çıxışında deyib ki, qruplaşma liderinin cəsədi artıq onların əlindədir.

Əməliyyat zamanı Üsəma Bin Ladenin oğlunun və bir neçə köməkçinin öldürüldüyü, 2 arvadı və 4 uşağının, həmçinin bir neçə şəxsi köməkçisinin həbs olunduğu ehtimal olunur. Bin Ladenin özünün isə başından vurulduğu açıqlanıb. Əməliyyat zamanı heç bir amerikalının xəsarət almadığı bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!