2 May, 2011
“Milli.az” portalının baş redaktoru dəyişdi

Yeni baş redaktor portalın əməkdaşı olub

“Milli.az” xəbər portalının baş redaktoru dəyişib. Xəbər portalının yeni baş redaktoru Anar İmanovdur. 
Keçmiş baş redaktoru Sevda İlhamqızı isə "Day" Media Şirkətində baş direktorun müavini və şirkətin media layihələri üzrə şef-redaktoru təyin edilib.
S.İlhamqızı Simsar.az-a açıqlamasında məlumatı təsdiqləyib. Keçmiş baş redaktor bildirib ki, portal əvvəlki kollektivlə fəaliyyətini davam etdirir. Yeni baş redaktor A.İmanov “Milli.az”-ın əməkdaşı olub.
"Day" Media Şirkətinə "Day.az", "Milli.az" xəbər portalları, "Today.az" saytı, "Day.az"radio və digər layihələr daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!