2 May, 2011
Bakının yolları bağlanır

Litva prezidentinin səfəri ilə əlaqədar yol polisi hazırlıq edir

Bakı şəhərində bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Litva Prezidenti Dalya Qribauskaytenin Azərbaycana səfəri ilə əlaqədar mayın 2-də saat 13:00-dan etibarən tədbir başa çatanadək Aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi və İstiqlaliyyət küçələri, Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli küçələri, “Qələbə” meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə “Azneft” dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Sürücülərə nativ yollardan istifadə etmək tövsiyə olunur.

V. Əsədov, həmçinin sürücülərə müraciət edərək qeyd olunan küçə və prospektlərdə avtomobillərin parklandırılmasının mümkünsüz olduğunu bildirib və onları bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!