1 May, 2011
Qəddafinin oğlu öldürüldü

O, NATO qüvvələrinin hava zərbəsi nəticəsində həlak olub

Müəmmar Qəddafinin yeddi oğlundan biri Saif əl-Qəddafi Müəmmər əl-Ərəb NATO hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində həlak olub, Liviya liderinin özü isə xəsarət almayıb.

Simsar.az -ın verdiyi xəbərə görə, Liviyanın hökumət nümayəndəsi bildirib ki, NATO qüvvələri Qəddafinin iqamətgahı yerləşən Bab əl-Əziz rayonuna zərbə endirib.

Bombardman zamanı Qa
ddafi iqamətgahında olub. Hökumət nümayəndəsinin sözlərinə görə, hücum nəticəsində Qəddafinin üç nəvəsi də həlak olub. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!