30 Aprel, 2011
ZİRƏDDİNDƏN DÜNYANIN DAĞILACAĞI PROQNOZU”

“Yer kürəsi insanın ovcunun içində olan ürək kimi çırpınacaq”

Ekstrasens Zirəddin Rzayev növbəti proqnozları ilə diqqət cəlb edib. Həm də kliniki-psixoloq kimi təqdim olunan Z.Rzayev “Ekspress” qəzetinə verdiyi müsahibəsində 
Dünyanın durumu barədə bədbin rəy verib.


O, deyib: “Təbiət öz şıltaqlıqları ilə insanları hələ xeyli qorxudacaq, Sakit Okean çox təlatümlü olacaq. Yer kürəsi insanın ovcunun içində olan ürək kimi çırpınacaq. Bu dediklərimin bir qismi Yaponiyada baş verən zəlzələ və sunami ilə öz təsdiqini tapıb. Axı mən Yaponiyada zəlzələ gördüyümü demişdim. Amma 2012-ci ilin axırlarına kimi Venesuela, Braziliya, Kolumbiya, Argentina və Çilidə də təbii fəlakətlərin, Şimali Amerikanın cənubunda isə qasırğanın olacağını görürəm, Cənubi Amerikada kəskin təbii dəyişikliklər baş verəcək. Bu görüntüləri izah edə bilməsəm də, Şimali Amerikanın cənubunda qırmızı işıq, Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə qarışıqlıqlar görürəm...”

Aynurə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!