30 Aprel, 2011
Vaqif Cavadov "Qəbələ"də?

Millinin üzvü bölgə klubuna keçir

Bir müddət əvvəl Mahir Şükürovu heyətinə qatan "Qəbələ" daha bir transferi reallaşdırmaq üzrədi. Simsar.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, klub rəhbərliyi hazırda "Bakı"nın formasını geyinən Vaqif Cavadovla danışıqlar aparır.
Baş məşqçi Toni Adamsın istəyilə Cavadovla danışıqlara başlayan "Qəbələ" rəhbərliyinin artıq futbolçu ilə böyük ölçüdə razılıq əldə etdiyi deyilir. Yalnız müqavilənin maliyyə tərəfləri hələ ki, razılaşdırılmayıb.
Qeyd edək ki, Vaqif hazırda "Bakı"da icarə əsasında oynayır. Hollandiyanın "Tvente" klubuna məxsus olan futbolçunun yenidən legioner həyatı yaşamaq ehtimalı yoxdu. "Bakı"nın rəhbərliyi və baş məşqçisi də ondan razı deyil. Bu üzdən də Cavadovun yayda başqa kluba keçməsi gözləniləndi.
Onu da qeyd edək ki, bir müddət əvvəl "Qəbələ"nin "Qarabağ"ın oyunçuları - Vüqar Nadirov və Elvin Məmmədovla danışıqlar apardığı deyilirdi. Vüqar "Qarabağ"da qalacağını açıqlasa da, Elvinin komandadan gedəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!