30 Aprel, 2011
Gənclər Fondu yaradılacaq

Bu il ərzində Azərbaycanda Gənclər Fondu yaradılacaq

APA-nın məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib. İ. Babayev deyib ki, hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında Gənclər Fondunun yaradılması nəzərdə tutulub. Artıq fondun Əsasnaməsi hazırlanıb, yaxın zamanlarda razılaşdırılmaq üçün müvafiq qurumlara göndəriləcək.

Fond Azərbaycanın gənclər təşkilatlarının ümummilli və beynəlxalq strateji layihələrinə dəstək verəcək. Fonda toplanacaq vəsaitdən elm sahəsində çalışan gənclərin fəaliyyətini stimullaşdırılmaq üçün müxtəlif mükafatların və təqaüdlərin təsis edilməsi nəzərdə tutulur.

Eyni zamanda, gənclərlə iş sahəsində maddi-texniki bazanın gücləndirilməsi, dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışan gənc kadrların hazırlanması da qurumun yerinə yetirəcəyi əsas vəzifələrdəndir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!