29 Aprel, 2011
Hərbi Komissarlığının daha bir əməkdaşı həbs edildi

Rüşvət alarkən yaxalandı

Bakının Suraxanı Rayon Hərbi Komissarlığının daha bir əməkdaşı həbs edilib. 

Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsində bildirilib. Məlumata görə, komissarlığın çağırış şöbəsinin əməkdaşı Mərbud Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.


O, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə M. Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, bir neçə gün əvvəl Suraxanı və Binəqədi rayonlarının hərbi komissarları rüşvətxorluqda təqsirli bilinərək həbs ediliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!