29 Aprel, 2011
Universitetində konfrans

Abel Məhərrəmov: "Konfrans elmə töhfə verəcək"

Bu gün Bakı Dövlət Universitetində (BDU) gənc alimlərin və tədqiqatçıların müasir biologiyanın nəzəri və tətbiqi problemləri mövzusunda beynəlxalq elmi konfransı başlayıb. 

Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib. Beynəlxalq konfransların elmin inkişafına xüsusi töhfələr verdiyini deyən rektorun sözlərindən məlum olub ki, konfransa Rusiya, Türkiyə, İran, Polşa, Çexiya və digər ölkələrdən materiallar təqdim edilib. BDU-nun 34 beynəlxalq proqram və qrant üzərində işlədiyini deyən rektor bununla təkcə Azərbaycanın neftinə deyil, həm də elminə investisiya qoyulduğunu diqqətə çatdırıb.


Sonra Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev “Müasir biologiyanın son nailiyyətləri” adlı məruzə ilə çıxış edib. Professor konfransın işini “Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya”, “Onurğalılar və onurğasızlar zoologiyası”, “İnsan və heyvan fiziologiyası və genetika”, “Ekologiya, botanika, mikrobiologiya və torpaqşünaslıq” adlı bölmələrdə davam etdirəcəyini, ümumilikdə 103 məruzənin dinləniləcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!