29 Aprel, 2011
MİSİR MƏRDƏNOV TƏLƏBƏRİN ZİYANINA AÇIQLAMA VERDİ

Təhsil haqları artırılacaq

2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılacağı gözlənilir.

Simsar -ın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, bu artımın nə qədər olacağını hələlik bilinmir. Amma nazir belə hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. 

M. Mərdanov Maliyyə Nazirliyi tərəfindən məhz bu məsələnin nəzərə alınacağına ümid etdiyini deyib.

M. Mərdanov onu da əlavə edib ki, artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!