29 Aprel, 2011
Ukrayna prezidenti Şəhidlər xiyabanında oldu

Viktor Yanukoviç “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna Prezidenti Viktor Yanukoviç və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Ukrayna Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident Viktor Yanukoviç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!