29 Aprel, 2011
Füzuli rayon sakini minaya düşdü

Hadisə Cəbrayıl rayonun ərazisində baş verib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki şəxs minaya düşüb. Bu barədə APA-nın Qarabağ bürosuna Füzuli rayonunun Mirzənağıbəyli kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, minaya düşən Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Əlqəə Abbasovdur. O, Cocuq Mərcanlı kəndi ərazisində, təmas xəttinin yaxınlığında qoyun otarırmış. Hadisədən dərhal sonra Füzuli rayon ərazisindəki hərbi hospitala çatdırılan Ə. Abbasovun sağ aşağı nahiyəsi amputasiya olunub. Yaxınları onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!