28 Aprel, 2011
Röya və Rəhim Rəhimli konsert verəcəklər

Hər iki sənətçi bu dəfə xüsusi olaraq gənclər üçün səhnəyə çıxacaq

Müğənnilər Röya və Rəhim Rəhimli mayın 31-də şəhərin məşhur restoranlarının birində “RR-şou” adı altında konsert verəcəklər. Hər iki sənətçi bu dəfə xüsusi olaraq gənclər üçün səhnəyə çıxacaq. Bu barədə Simsar.az-a müğənni Röyanın prodüseri Kənan Bayramov məlumat verib. O deyib ki, konsertdə tamaşaçıları maraqlı şou, sürpriz qonaqların iştirakı gözləyir. Konsertdə rəqs qrupları da çıxış edəcək. “RR-Şou” maraqlı dekorasiyası ilə diqqət mərkəzində olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!