5 Fevral, 2015
Yanğınsöndürənləri əvəzləyəcək robot hazırlandı - FOTO

Amerika Birləşmiş Ştatlarının Hərbi-Dəniz Qüvvələri yanğınsöndürən robotun prototipinin təfərrüatlarını açıqlayıb. Təqdimat videosunda yanğınsöndürən robotun otaqda baş verən yanğına yavaş-yavaş yaxınlaşması və alovu söndürmək üçün şlanqdan istifadə etməsi əks olunub.

Gəmi Göyərtəsində Müstəqil Yanğınsöndürən Robot, və ya qısaca SAFFİR adlandırılan bu robot ABŞ-ın Virciniya ştatında iki universitetin robot mütəxəssislərinin birgə layihəsidir.

Robotun hündürlüyü təxminən 178 santimetrdir və o, insanın çətinlik çəkə biləcəyi yerlərdə asanlıqla manevr etmək qabiliyyətinə malikdir. İnsan ölçülərinə malik olan bu robot gəmi göyərtəsində yanğınları aşkar edə və canlı yanğınsöndürənlərdən müstəqil şəkildə yanğını söndürə bilir.

SAFFİR həmçinin müxtəlif məkanların naviqasiyası və tüstünün aşkar edilməsi üçün lazerlərlə də təchiz edilib.

SAFFİR hələlik konsolda insan tərəfindən idarə olunur, lakin gələcəkdə onun tam müstəqil şəkildə işləməsi mümkün olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!