28 Aprel, 2011
Rusiyanın əməkdar artisti Bakıya dəvət olunub

Skripka ixtisası üzrə ustad dərsləri keçirilir  

Uşaq musiqi və incəsənət məktəblərində skripka ixtisası üzrə usdad dərslərinin keçirilməsi üçün Rusiyanın əməkdar artisti Mixail Aronoviç Qotsdiner Bakıya dəvət olunub. Bu barədə simsar.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Müəllim və şagirdlər üçün nəzərdə tutulan ilk dərs bugün, Rostropoviçlər adına 21 saylı Onbirillik Musiqi Məktəbində keçirilir. 

Ustad sinifləri aprelin 30-da və mayın 2-də də təşkil olunacaq.

Mixail Aronoviç Qotsdiner P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorudur.

Müxtəlif sahələr üzrə ustad dərslərinin keçirilməsində məqsəd uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin artırılmasıdır.

Arifə






Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!