28 Aprel, 2011
Kitab bayramı olacaq

Tədbir Heydər Əliyevin anadan olmasının ildönümünə həsr ediləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il may ayında respublikanın şəhər və rayon mərkəzi kitabxanaları tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş ənənəvi kitab bayramları keçirilir. Milli.Az xəbər portalının Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu ənənənin davamı olaraq 2011-ci ilin mayında şəhər və rayonlarda IV kitab bayramının keçirilməsi nəzərdə tutulub.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektoru respublikanın şəhər və rayonlarında IV kitab bayramının yüksək səviyyədə keçirilməsi üçün təşkilati işlər görür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!