4 Fevral, 2015
Qol vuruldu, məşqçi sevincdən hakimi qucaqladı - VİDEO

Almaniya Bundesliqasının XIX turunda “Bavariya” doğma meydanda “Şalke”ni qəbul edib. Simsar.az xəbər verir ki, matçın ən maraqlı anı meydan sahibləri qol vuran zaman baş verib.

Belə ki, “Bavariya” 17-ci dəqiqədə Boatenqin qırmızı vərəqə almasına görə azlıqda qalsa da, 67-ci dəqiqədə hesabda önə keçib. Komandanın baş məşqçisi Pep Qvardiola isə qolun sevincini dördüncü hakimlə qeyd edib. Həmin görüntünü təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!