27 Aprel, 2011
"Arşın malalan" Yuneskonun 100 illiyində

Yubileydə Azərbaycan mədəniyyətini əks etdirən tədbirlər olacaq

Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək. 
Yubileyin keiçirilməsi Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsinini təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsdir.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Simsar.az-a verilən məlumata görə, 2012-2013-cü illərdə UNESCO çərçivəsində ildönümü qeyd olunan tədbirlərin siyahısına “Arşın mal alan” musiqili komediyası da əlavə edilib.
Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Aynurə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!