28 Yanvar, 2015
Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlanıb.

Simsar.az-ın Türkiyə Statistika İdarəsinə istinadən verdiyi məlumatına görə, əhalinin sayı 2013-cü ildə bir milyon 28 min nəfər artaraq 77 milyon 695 min 904 nəfər olub.

2014-cü ilin rəsmi statistikalarına görə, əhalinin 18,5 faizi İstanbulda, 6,6 faizi Ankarada, 5,3 faizi İzmirdə, 3,6 faizi Bursada yaşayır.

2050-ci ildə ölkə əhalisinin sayının artaraq 94,6 milyon olacağı ehtimal edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!