25 Yanvar, 2015
Bakıda evləri su basdı

Gecə saatlarında paytaxtda yağan yağış bəzi sakinlərə çətinlik yaradıb.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub.

Nəticədə, vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat saat 06:22-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!