24 Yanvar, 2015
İŞİD-çilər bir-birini qırdı: 25 ölü

İŞİD terror təşkilatının Nəqşibəndi dəstələri arasında qarşıdurma baş verib.

Simsar.az-ın məlumatına görə, atışma zamanı 25 təşkilat üzvünün öldüyü məlum olub. Bu atışma peşmergənin Mosul yaxınlığında təşkil etdiyi əməliyyatlarda İŞİD-ə böyük zərbə endirməsindən sonra baş verib.

Rəsmilərin bildirdiyinə görə, İŞİD-in Mosulda bir binanı bombaladığı və çox sayda adamın girov saxlandığını ifadə edib.

Peşmergə qüvvələri isə 21 yanvar tarixində Mosulun qərbində bir əməliyyat həyata keçirib. Toqquşmalar zamanı terrorçular xeyli itki verib və geri çəkilib.

Əməliyyatda aralarında Əfqanıstan, Pakistan və Səudiyyə Ərəbistanı vətəndaşlarının da olduğu çox sayda İŞİD-çi öldürülüb. Bəzi cəsədlərin peşmergənin əlində olduğunu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!