24 Yanvar, 2015
"Real Madrid"dən super transfer

"Real Madrid" daha bir futbolçunu heyətinə qatıb.

Simsar.az-ın məlumatına görə, ispan klubu Braziliyanın "Kruzeiro" klubundan Lukas Silvanı transfer etdiyini rəsmi olaraq açıqlayıb.

21 yaşındakı gənc futbolçu son Avropa çempionu ilə 5,5 illik müqaviləyə imza atıb. Lukas üçün klubuna başda "Arsenal" olmaqla bir çox nəhəng klub təklif göndərmişdi.

Ancaq "Real Madrid" və "Kruzeiro" Lukas Silvanın transferi mövzusunda razılığa gəlib. Oyuncu ilə 30 iyun 2020-ci ilə qədər müqavilə imzalanıb.

Sağlamlıq testindən keçdikdən sonra bazar ertəsi günü Santiaqo Bernabeuda rəsmi imzalanma mərasimi keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!