24 Yanvar, 2015
“FORD” aşdı: ölən var

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində, Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:48-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!