24 Yanvar, 2015
Gəncədə bir gecədə iki nəfər bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Simsar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 3 radələrində şəhərin almüniumçular qəsəbəsi adlanan ərazidə, Metallurq idman kompleksinin yaxınlığında baş verib. Gəncə şəhər sakini 32 yaşlı Məhəmməd Bağırov qarının daxilə keçən kəsilmiş deşilmiş yarası diyaqnozu ilə TTYX-ya çatdırılıb. Həkimlər yaralını dərhal əməliyyat ediblər. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Gəncədə səhər saat 5 radələrində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.

Şəhərin Dədə Qorqud küçəsində yerləşən tələbə yataqxanasının qarşısında baş verən hadisə nəticəsində Gəncə şəhər sakini 22 yaşlı Araz Dursunov bıçaqlanıb.

Yaralı hadisə yerinə çağrılan təcili yardım maşını ilə TTYX-ya gətirilib. Həkimlər dərhal onu əməliyyat ediblər.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!