23 Yanvar, 2015
Erməni əsgəri ölüm ayağında

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Tavuş vilayətində yaralanan əsgər Ovannes Avanesyanı İrəvana aparırlar.

Simsar.az-ın məlumatına görə, bu haqda Berd hospitalının müdiri Edik Qriqoryan bildirib.

Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır və onu Berd rayonunda yerləşən hərbi hospitalda müalicə etmək mümükün deyil.

Qriqoryan deyib ki, axşam Avanesyan İrəvana Müdafiə Nazirliyinin Mərkəzi Klinik hospitalına aparılacaq.

Qeyd edək ki, bu gün erməni kəşfiyyat-təxribat qrupu Azərbaycan Ordusunun mövqelərinə hücum ediblər. Ermənilər xeyli itki verərək geri çəkiliblər. Xeyli sayda yaralıların olduğu bildirilir. Lakin Ermənistan Müdafiə Nazirliyi bunu gizlətməyə çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!