23 Yanvar, 2015
Ermənilər üçün şok açıqlama

Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdən şübhəli bilinən rusiyalı hərbçi Valeri Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib.

Simsar.az-ın məlumatına görə, Permyakovun psixi durumunu araşdırmaq üçün bir sıra məhkəmə-kriminalistika ekspertizaları da keçiriləcək.

Bütün ekspertizalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində aparılacaq. Permyakovla bağlı ekspertizaların nəticəsi müsbət olsa, o, həbs edilməyəcək.

Xatırladaq ki, V.Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!