23 Yanvar, 2015
Savaş şiddətləndi

Ukrayna ordusu Slavyanoserbsk rayonunda separatçıların tank kanvoyunu dağıdıb.

Simsar.az-ın məlumatına görə, bu barədə “İnformasiya müqaviməti”nin rəhbəri Dmitri Tımçuk öz Facebook səhifəsində yazıb: "Ən azı 1 tankı məhv etmişik". Tımçuk həmçinin Staxanov rayonu ərazində separatçıların Ukrayna ordusu mövqelərini artilleriyadan atəş açdıqlarını bildirib. Separatçılar Cənubi Staxonov rayonuna 7 tank olmaqla 20 zirehli texnika yeridiblər.

Ukrayna ordusunun Luqansk şəhərində bir sıra mövqeləri separatçılardan geri aldıqları bildirilir. Həmin ərazilərdə qızğın döyüşün getdiyi deyilir. Ukrayna xüsusi təyinatlılarının separatçılar üzərində hissolunacaq üstünlük qazandıqları məlumatı yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!