23 Yanvar, 2015
Azərbaycanda zəlzələ

Xəzər dənizində zəlzələ baş verib.

Simsar.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar 22 yanvar tarixində, yerli vaxtla 20:30-da qeydə alınıb.

Zəlzələ Xəzər dənizinin 19 km dərinliyində baş verib. Təkanların maqnitudası isə 3 bal olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda sonuncu dəfə zəlzələ 6 gün öncə baş verib. Yerli vaxtla saat 16:27-də Qobudan 177 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Dərinliyi 55 km, maqnitudası 3.4 olan zəlzələ hiss olunmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!