23 Yanvar, 2015
Gəncədə tələfatla nəticələnən yanğın olub

Gəncə şəhəri, Kəpəz rayonunda toyuq hinində yanğın hadisəsi baş verib.

Simsar.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan hinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı hində olan 50 ədəd ev quşu tələf olub.

Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!