22 Yanvar, 2015
Dünyaya səs salan layihədə Azərbaycan məşhurları mübarizə aparırlar - FOTO

 

Simsar.az xəbər verir ki, ölkəmizdə “Most Fashionable” Awards Ceremony beynəlxalq mükafatladırılma layihəsinə bir neçə gündür ki, start verilib.

Dünya Layihəsində yerli ulduzlarlarımız: aktyorlar,rejissorlar, stilistlər ,media işçiləri , modellər və idmançılarımız yarışır.

Bu ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçriləcək, WBC-nin layihəsi olan "Most Fashionable Awards Ceremony" yə Azərbaycanda qatıldı.Nəzərinizə çatdıraq ki, bizimlə eyni gündə 10-a yaxın ölkədədə bu layihə eyni saatda keçiriləcək.Bu gün onların sırasına Rumuniyada qatıldı.

Deməli eyni zamanda, Inna, Alexandra Stan, Paula Seling, Akcent və s. dünya və Avropa ulduzları məhz "Most Fashionable Awards Ceremony" mükaflandırılma mərasimində iştirak edəcəklər.Bu haqda layihənin Azərbaycan üzrə rəhbəri təşkilatçı Aqil Məmiyev məlumat verib.

“World Beauty Congress” in Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız, iki ay səsvermədə iştirak edir. Birinci turda xalqın sosial media üzərindən səsverməsi yolu ilə seçilir. Ikinci turda hər biri öz katiqoriyasında ən çox səs toplamış 10 iştirakçı finala vəsiqə qazanaraq, yenidən səsvermədə iştirak edəcək. Bu il göstərilən fəaliyyət və ötənilki, uğurlu çıxışlara görə təltiflər olunacaq. Layihənin juri heyətində isə WBC-nin prezidenti, Avropa, Asiya ,Amerika, Afrika region rəhbərləri və Azərbaycan rəhbəri olacaq. Diplom və təltiflər Avropdan birbaşa göndəriləcək və WBC prezdenti tərəfindən təqdim olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!