22 Yanvar, 2015
Ərdoğan ölümə meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk nümayəndə heyətinin qaldığı otelde terror aktı törədilməsinə baxmayaraq Somali səfərini ləğv etməyib.

Simsar.az-ın məlumatına görə, mədəniyyət və turzim naziri Ömər Çelik açıqlama verib.

Nazir bildirib ki, səfər öncəsi terror aktı törədilsə də prezident Somaliyə gedəcək.

"Onlar Ərdoğanı yaxşı tanımayıblar. Türkiyənin verdiyi qərarı dəyişdirməyəcəyini başa düşməyiblər", deyə Ömər Çelik bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin səfərini hazırlayan nümayəndə heyətin qaldğı otelin qarşısında terakt törədilib. Somalinin paytaxtı Moqadişidə kamikadzenin partlayış törətməsinə baxmayaraq Ərdoğanın səfər planı dəyişməyib. Ərdoğan Afrika turu çərçivəsində sabah Somaliyə səfər edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!