22 Yanvar, 2015
Bəzi geyimləri satışda olan Gülay Zeynallı danışdı... - FOTO

Simsar.az xəbər verir ki, xalq və bəstəkar mahnılarının mahir ifaçısı Gülay Zeynallı bir neçə gündür ki, qarderobunda istifadə etmədiyi bəzi geyimlərini İnstagram foto-servisi vasitəsi ilə satışa çıxarıb. Müğənni nə səbəbdən belə bir addım atmasını oxucularımız üçün belə izah etdi :

"Gülayın geyimlərinin satışı" adlı səhifə artıq bir neçə gündür ki, instagramda fəaliyyət göstərir. Bu səhifə köməkçim tərəfindən idarə olunur. Çoxları sual edir ki, nə üçün bu addımı atmışam. Bəlkə kiməsə qəribə gələ bilər, mən sırf xeyirxahlıq naminə bunu etdim. Yəni istədim ki, qarderobumda istifadə etmədiyim geyimlərin satışından əldə olunacaq gəliri birbaşa ehtiyacı olan insanlar üçün xərcləyim. Onsuz da mütəmadi olaraq həyat yoldaşım Kamil Zeynallı ilə birlikdə qocalar evinə, qayğıya ehtiyacı olan uşaqların yaşadıqları internat məktəblərinə baş çəkirik. Mən demirəm ki, Azərbaycanda sırf bir ilkə imza atdım deyə libaslarımı satışa çıxardım. İnananlar-inansın, şübhə ilə yanaşanlar da özləri bilər, əsas istəyim, yenə də vurğulayıram, geyimlərdən əldə olunacaq pulları son qəpiyinə qədər xeyriyyə məqsədi ilə xərcləməkdir. Mən bu mövzuya bir daha qayıtmaq istəmirəm. Allah hər kəsin ürəyinə görə versin".

Şahin Cavadsoy
Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!