22 Yanvar, 2015
Azərbaycanda 1997 şəxs axtarışdadır

Azərbaycanda alimentlərlə əlaqədar məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.

Simsar.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olub.

Həmin işlərdən 4416-nın icrası tamamlanıb, 48051 iş üzrə isə ödəmələr vaxtaşırı aparılır.

O cümlədən, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!