22 Yanvar, 2015
Məhkəmə Gültəkin Hacıbəylini cərimələyib

Bu gün Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və baldızı Aynur Mehdiyevanın qaldırdıqları iddia əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə,  şikayət qismən təmin edilib, G. Hacıbəyli Cinayət Məcəlləsinin 147.1-ci (kütləvi informasiya vasitəsində böhtan yayma) maddəsinə əsasən 500 manat məbləğində cərimələnib.

Qeyd edək ki, onlar G. Hacıbəylinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinin müxtəlif bəndələrinə əsasən cəzalandırılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər.

Onu da qeyd edək ki, G. Hacıbəyli də onlara qarşı həmin maddələrlə iddia qaldırsa da onun şikayəti təmin edilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!