22 Yanvar, 2015
Donbas üçün razılıq əldə olundu

Dünən Berlində Almaniya, Fransa, Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin görüşü baş tutub.

Simsar.az xəbər verir ki, əldə olunan razılığa görə, tərəflər Donbasda bütün ağır artilleriyanı geri çəkməlidirlər.

Bununla bağlı nazirlər birgə bəyanat imzalayıblar.

“Nazirlər tərəfləri hərbi əməliyyatları dayandırmağa və ağır silahları təmas xəttindən uzaqlaşdırmağa  çağırıblar”, - bəyanatda deyilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!