22 Yanvar, 2015
Göygöldə inzibati bina yandı

Göygöl şəhərində inzibati binada yanğın olub.
FHN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata əsasən, Göygöl şəhərində ümumi sahəsi 420 kv.m olan inzibati binanın sanitar qovşağı və rabitə otaqlarının lambirdən ibarət tavanı 27 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!