27 Aprel, 2011
İsa Qəmbərin oğlu şahid olacaq

Turqud Qəmbər bu gün 15:00 -da ifadə verəcək

İctimai Palatanın üzvü, gənc fəal Turqut Qəmbər 2 aprel mitinqi ilə bağlı başlanan cinayət işinin istintaqına şahid qismində ifadə verməsi üçün bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə İctimai Palatanın mətbuat xidmətindən məlumat verilib. Turqut Qəmbərin saat 15-00-da BŞBPİ-yə gedəcəyi bildirilib.

Qeyd edək ki, Turqut Qəmbər Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğludur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!