22 Yanvar, 2015
Bakıda namus üstündə qan töküldü

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı Bakıxanov dəmiryol stansiyası ərazisində 28 yaşlı Seymur Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Tərəflər arasında mübahisə Seymur Məmmədovun qeyri-rəsmi yaşadığı qadının işlədiyi kafedə başlayıb. Kafedə müştəri olan şəxslə Seymur Məmmədov arasında mübahisə düşüb. Mübahisəni həll etmək üçün tərəflər dəmiryol satnsiyasına gediblər. Naməlum şəxs qəfildən cibindən bıçaq çıxararaq ona zərbələr endirməyə başlayıb. Daha sonra hadisə yerindən qaçıb.

Seymur Məmmədovu xəstəxanaya çatdırmaq üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. Yaralı təcili tibbi yardım avtomobilinə qoyulandan sonra onunla qeyri-rəsmi yaşadığı qadın və daha iki nəfər həkimlərini yanına əyləşib. Həkimlər yolda yaralıya ilkin tibbi yardım göstərərkən avtomobildə olan şəxslərdən biri onlara bıçaq çıxardaraq hədə qorxu gəlməyə başlayıb və ilkin tibbi yardım göstərilməsinə maneçilik edib. Yaralı xəstəxanaya sağ salamat çatdırlaraq dərhal əməliyyat olunub.

4 bıçaq xəsarəti alan Seymur Məmmədov əməliyya olunan zaman özlərini onun yaxınları kimi təqdim edən şəxslər əməliyyat otağına daxil olmağa çalışıblar. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları onların bu istəyinin qarşısını ala biliblər. Yaralı Seymur Məmmədovun yaxınlarının hərəkətləri barədə Sabunçu polisinə məlumat verilib. Baş vermiş bıçaqlanma hadisəsi isə dəmiryol stansiyasının əraqzisində baş verdiyindən faktı Sabunçu xətt polis şöbəsi araşdırır.

Hadisəni törədən şəxsin kimliyi isə artıq müəyyən edilib. Onun tutularaq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış-tədbirləri davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!