22 Yanvar, 2015
Zaur Nəbioğlu "A-dan Z-yə" adlı gecə şousu vəd edir - VİDEO

Simsar.az xəbər verir ki, yeni layihə ilə tamaşaçıların qarşısına gələcəyini bildirən məşhur aparıcı Zaur Nəbioğlu efirə qayıdır.

“Hər şey çox danışılır, amma az göstərilir, önə çıxan çox olur amma öndə qalan az. AZ qalanların növbəsidir!”- deyən aparıcı “Bakı film”in təqdimatında ANS televiziyasında tezliklə yayımlanacaq “A-dan Z-yə” adlı yeni şou proqramla çıxış edəcək.

Fikirlərini oxucularımızla bölüşən aparıcı susqunluğa fərqli və maraqlı şou ilə son qoyacağını bildirib:
“A-dan Z-yə hər kəsin zövqünə oxşayan verilişlər ilə evlərinizə qonaq gələcəyik. Fərqli, maraqlı və dinamik proqramda nəinki müğənnilər həmçinin aktyorlar, idmançılar, bəstəkar, şairlər və digər sahədə üzdə olan bütün insanlar qonağımız olacaqlar. Başda ANS televiziyası və “Bakı film” olmaqla mənə inanan, etibar edən, bu layihənin reallaşmasında köməyi dəyən hər kəsə minnətdarlığımı bildirirəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!