21 Yanvar, 2015
Suriyada terror aktı: 7 nəfər öldü

Suriyada güclü partlayış törədilib. Simsar.az-ın məlumatına görə, bu haqda "France-Presse" xəbər agentliyi xəbər yayıb.

Xəbərə görə, Suriyanın Homs şəhərində ticarət sahəsində minalanmış avtomobilin partlayışı nəticəsində yeddi nəfər həlak olub, 30 yaralanıb.

Hakimiyyət hadisəni "qorxaq terror aktı" adlandırıb.

Bundan başqa, yaxında olan prezident Başar Əsədə aid ələvilərə məxsus bina minaatandan atəşə tutulub.

Yanvarın 26-dan 29-dək Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələrinin görüşü keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!