21 Yanvar, 2015
İnternetə qoşulmaq asanlaşacaq

“SpaceX“ kosmik korporasiyası “Google” və “Fidelity” fondundan 1 milyard cəlb edib.

Məşhur ABŞ sahibkarı Elon Maska məxsus kosmik pilotlu aparatların hazırlanması ilə məşğul olan “SpaceX” kosmik korporasiyası “Google” şirkətindən və “Fidelity” vençur fondundan 1 milyard dollar məbləğində investisiya cəlb edib. Bu barədə “SpaceX”-in məlumatında deyilir.

“Google” və “Fidelity” birlikdə korporasiyanın 10 faizinə sahib olacaq. “SpaceX”-in kapitallaşma dəyəri 10 milyard dollar məbləğində qiymətləndirilib. Kosmik korporasiyanın əvvəlki investorları arasında “Founders Fund”, “Draper Fisher Jurvetson”, “Valor Equity Partners” və “Capricorn” fondları olub.

“Google” üçün "SpaceX”-in hazırda internetə qoşulmaq imkanından məhrum olan milyonları insanları potensial baxımdan yüksəksürətli internetlə təmin edə biləcək peykləri maraq doğurur. Xatırladaq ki, “Google” “Project Loon” aerostatları ilə internetin paylanması üzrə layihə hazırlayır.

Öz növbəsində, “SpaceX” kosmik nəqliyyat və peyk istehsalı sahəsində innovasiyaların dəstəklənməsinə investisiyalar yönəltməyi planlaşdırır.

“Falcon” raketlərinin və "Dragon” kosmik yük gəmilərinin istehsalçısı olan "SpaceX” yükləri Beynəlxalq Kosmik Stansiyaya "NASA” ilə imzalanmış saziş əsasında çatdıran ilk kommersiya şirkətidir, - "Lenta” yazır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!