20 Yanvar, 2015
Dayanmadan oynadı, öldü…

Tayvanın cənubunda Kaosiunq şəhərindəki bir internet kafedə üç gün dayanmadan oyun oynayan 32 yaşlı Hsieh masa başında ölü tapılıb.

Simsar.az xəbər verir ki, internet kafedəki işçilər üç gün boyunca dayanmadan oyun oynayan 32 yaşlı Hsiehin uzun müddət yuxuya getdiyini düşünüblər. Nəfəs almadığını biləndə isə onu xəstəxanaya aparıblar.

Lakin xilas edə bilməyiblər. Hadisənin baş verdiyi internet kafenin işçilərindən biri Hsiehin davamlı olaraq internet kafeyə gəlib günlərlə oyun oynadığını söyləyib. Yorulanda isə başını masanın üzərinə qoyaraq yuxuladığını deyib. Buna görə də vəziyyəti gec anladıqlarını açıqlayıb. Həkimlər uzun müddət ara vermədən kompüterdə oyun oynayan Hsiehin ürək çatışmazlığınan öldüyünü açıqlayıblar.

Qeyd edək ki, belə bir hadisə yenə Tayvanda yanvarın 1-də də baş verib. 38 yaşlı bir adam 5 gün boyunca dayanmadan oyun oynadıqdan sonra həyatını itirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!