27 Aprel, 2011
Bakıda iki günlük turizm sərgisi təşkil olunacaq

Tədbirə 230 şirkət dəvət olunub

Sabah Bakı Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AİTF) və 2-ci ÜmumRespublika Daxili Turizm sərgilərinin açılışı olacaq.

Bunula bağlı bu gün Trend İnformasiya Agentliyində təşkilatçılar mətbuat konfransı keçirib.

Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin turizm ili elan olunması və AİTF-in 10-cu ildönümü sərginin əhəmiyyətini artırıb.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, savah keçiriləcək sərgi yeni pavilyonda olacaq: “Sərgidə Azərbaycanın 15 turizm rayonu iştirak edəcək. 83 otel və otel komleksi sərgiyə qatılacaqlar. Yeni stendlər təqdim olunacaq. Bu ol Azərbaycanda 6 beşulduzlu otel tikiləcək ki, onların nümayəndələri də sərgiyə dəvətlidirlər”.

A.İsmiyev həmçinin qeyd edib ki, sərgini işıqlandırmaq və Azərbaycanın turizm imkanlarını xaricdə təbliğ etmək üçün Almaniyadan, Səudiyyə Ərəbistan, Qətər, Koreya və Birləşmiş Ərəb Əmirliklərindən kütləvi informasiya vasitələrinin nüməyəndələri Bakıya dəvət olunubla“.

Qeyd edək ki, sərgi aprelin 28-dən 30-dək keçiriləcək. “AİTF” sərgisi ilk dəfə 2002-ci ildə keçirilib. Sabahkı sərgiyə 24 ölkədən 230 şirkət dəvət olunub. Sərgidə əyləncəli proqramlar, yeni stendlər tədim olunacaq, turizm marşrutlarının yaranması üçün səylər göstəriləcək”.

Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!