18 Yanvar, 2015
Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub.

Simsar.az-ın məlumatına görə, bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var. Bu, yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.

O, qeyd edib ki, ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!